​Dünya bazarında neft yenidən bahalaşıb

​Dünya bazarında neft yenidən bahalaşıb "Brent" markalı neft 4,19% bahalaşaraq 36,6 dollar/barelə çatıb
Energetika
1 Mart , 2016 09:13
​Dünya bazarında neft yenidən bahalaşıb

Bakı. 1 mart. REPORT.AZ/ Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin qiyməti 0,97 dollar yaxud 2,88% bahalaşaraq 33,75 dollar/barel təşkil edib.

"Report"un məlumatına görə, "Brent" markalı neft isə 1,47 dollar və ya 4,19% artaraq 36,57 dollar/barelə bərabər olub.

Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı səviyyədə qalarsa, 2016-cı ildə neftin orta qiymətinin 38 dollar/barel olacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi