​Dünya bazarında neft ucuzlaşmaqda davam edir

​Dünya bazarında neft ucuzlaşmaqda davam edir "Brent" markalı neftin qiyməti 47 dollara düşüb
Energetika
10 Noyabr , 2015 09:11
​Dünya bazarında neft ucuzlaşmaqda davam edir

Bakı. 10 noyabr. REPORT.AZ/ Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 0,42 dollar yaxud 0,95% ucuzlaşaraq 43,87 dollar/barel təşkil edib.

"Report"un məlumatına görə, "Brent" markalı neft isə 0,23 dollar və ya 0,49% ucuzlaşaraq 47,19 dollar/barelə bərabər olub.

Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı səviyyədə qalarsa, 2015-ci il üzrə neftin orta qiymətinin 50 dollar/barel olacağı gözlənilir.

İngilis versiyası World oil prices reduced