Yuxarı

Dünya bazarında neft ucuzlaşıb

Neftin qiyməti ilin sonunadək bu səviyyədə qalarsa, 2015-ci il üzrə neftin orta qiymətinin 51 dollar/barel olacağı gözlənilir

Bakı. 24 oktyabr. REPORT.AZ/ Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 0,78 dollar, yaxud 1,72% ucuzlaşaraq 44,60 dollar/barel təşkil edib.

"Report"un məlumatına görə, "Brent" markalı neft isə 0,09 dollar və ya 0,19% ucuzlaşaraq 47,99 dollar/barelə bərabər olub.

Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı səviyyədə qalarsa, 2015-ci il üzrə neftin orta qiymətinin 51 dollar/barel olacağı gözlənilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi