Dünya bazarında neft ucuzlaşıb

Dünya bazarında neft ucuzlaşıb "Brent" markalı neftin qiyməti 53,47 dollar/barel olub
Energetika
28 İyul , 2015 09:35
Dünya bazarında neft ucuzlaşıb

Bakı. 28 iyul. REPORT.AZ/ Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 0,75 dollar və ya 1,56% ucuzlaşaraq 47,39 dollar təşkil edib.

"Report"un məlumatına görə, birjalarda "Brent" markalı neftin qiymətində də mənfi dəyişiklik müşahidə olunub. Belə ki, bu markalı neftin qiyməti 2,11%, yaxud 1,15 dollar geriləyərək 53,47 dollar/barel olub.

Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı vəziyyətdə qalarsa, 2015-ci il üzrə neftin orta qiymətinin 54 dollar/barel olacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi