Yuxarı

Dünya bazarında neft ucuzlaşıb

Brent markalı neftin qiyməti 63,02 dollar/barel olub

Bakı. 20 iyun. REPORT.AZ/ Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 0,84 dollar və ya 1,39% ucuzlaşaraq 59,61 dollar təşkil edib.

"Report"un məlumatına görə, birjalarda "Brent" markalı neftin qiymətində də dəyişiklik müşahidə olunub. Belə ki, bu markalı neftin qiyməti 1,93%, yaxud 1,24 dollar geriləyərək 63,02 dollar/barel olub.

Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı vəziyyətdə qalarsa, 2015-ci il üzrə neftin orta qiymətinin 67 dollar/barel olacağı gözlənilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi