Yuxarı

Dünya bazarında neft ucuzlaşıb

Brent markalı neft 37,74 dollar/barelə bərabər olub

Bakı. 15 dekabr. REPORT.AZ/Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 0,08 dollar yaxud 0,22% geriləyərək 36,23 dollar/barel təşkil edib.

"Report"un məlumatına görə, "Brent" markalı neft isə 0,18 dollar və ya 0,47% ucuzlaşaraq 37,74 dollar/barelə bərabər olub.

Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı səviyyədə qalarsa, 2015-ci il üzrə neftin orta qiymətinin 41 dollar/barel olacağı gözlənilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi