Yuxarı

​Dünya bazarında neft ucuzlaşıb

Brent markalı neftin qiyməti 43,6 dollar/barelə enib

Bakı. 18 noyabr. REPORT.AZ/ Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 1,07 dollar yaxud 2,56% ucuzlaşaraq 40,67 dollar/barel təşkil edib.

"Report"un məlumatına görə, "Brent" markalı neft isə 0,99 dollar və ya 2,22% ucuzlaşaraq 43,57 dollar/barelə bərabər olub.

Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı səviyyədə qalarsa, 2015-ci il üzrə neftin orta qiymətinin 46 dollar/barel olacağı gözlənilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi