Dünya bazarında neft ucuzlaşıb

Dünya bazarında neft ucuzlaşıb
Energetika
29 May , 2019 16:23
Dünya bazarında neft ucuzlaşıb

Bu gün Bakı vaxtı ilə saat 16:00-da London əmtəə birjasında "Brent" markalı Şimal dəniz neft qatışığının iyul fyuçerslərinin qiyməti bir barel üçün 1,73 ABŞ dolları və yaxud 2,47% azalaraq 68,38 dollara düşüb.

“Report” bu barədə xarici mətbuata istinadən xəbər verir. 

Məlumata görə, Nyu-York əmtəə birjasında isə WTI markalı yüngül neftin iyul fyuçerslərinin qiyməti bir barel üçün 1,53% azalaraq 57,59 dollara bərabər olub.

“Bloomberg” agentliyi bildirir ki, ucuzlaşma ABŞ və Çin arasında yaranmış ticari mübahisələrinin fonunda baş verib.