Dünya bazarında neft ucuzlaşıb

Dünya bazarında neft ucuzlaşıb Müxtəlif amillərin təklifə təsirinin qiymətləndirilməsi fonunda neft ucuzlaşır.
Energetika
27 Yanvar , 2022 09:45
Dünya bazarında neft ucuzlaşıb

Müxtəlif amillərin təklifə təsirinin qiymətləndirilməsi fonunda neft ucuzlaşır.

“Report” birjalara istinadən xəbər verir ki, Şimal dənizində hasil olunan “Brent” neftinin aprel fyuçersləri 0,85% ucuzlaşaraq, 1 bareli 87,99 ABŞ dollarına satılıb. WTI neftinin mart fyuçerslərinin qiyməti isə 0,87% aşağı düşərək, 1 bareli 86,59 ABŞ dolları təşkil edib.

Bazara təsir edən əsas amillər ABŞ-da neft hasilatının azalması, Rusiya və Ukrayna arasında gərginliyin enerji daşıyıcılarının tədarükünə ciddi təsir etməmə ehtimalı və OPEC+ alyansının fevralın 2-də keçiriləcək növbəti iclasıdır.

Son xəbərlər

Orphus sistemi