​Dünya bazarında neft ucuzlaşıb

​Dünya bazarında neft ucuzlaşıb "Brent" markalı neftin qiyməti 51,33 dollar/barelə düşüb
Energetika
8 Oktyabr , 2015 09:19
​Dünya bazarında neft ucuzlaşıb

Bakı. 8 oktyabr. REPORT.AZ/ Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 0,72 dollar yaxud 1,48% ucuzlaşaraq 47,81 dollar/barel təşkil edib.

"Report"un məlumatına görə, "Brent" markalı neft də 0,59 dollar və ya 1,14% ucuzlaşaraq 51,33 dollar/barelə düşüb.

Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı vəziyyətdə qalarsa, 2015-ci il üzrə neftin orta qiymətinin 54 dollar/barel olacağı gözlənilir.