Dünya bazarında neft ucuzlaşıb

Dünya bazarında neft ucuzlaşıb "Brent" markalı neft 44,86 dollar/barelə bərabər olub
Energetika
28 Noyabr , 2015 09:14
Dünya bazarında neft ucuzlaşıb

Bakı. 28 noyabr. REPORT.AZ/ Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 1,33 dollar, yaxud 3,09% ucuzlaşaraq 41,71 dollar/barel təşkil edib.

"Report"un məlumatına görə, "Brent" markalı neft isə 0,60 dollar və ya 1,32% ucuzlaşaraq 44,86 dollar/barelə bərabər olub.

Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı səviyyədə qalarsa, 2015-ci il üzrə neftin orta qiymətinin 47 dollar/barel olacağı gözlənilir.