Bakı. 24 dekabr. REPORT.AZ/ Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 1,36 dollar yaxud 3,76% bahalaşaraq 37,50 dollar/barel təşkil edib.
"Report"un məlumatına görə, "Brent" markalı neft isə 1,25 dollar və ya 3,46% bahalaşaraq 37,36 dollar/barelə bərabər olub.
Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı səviyyədə qalarsa, 2015-ci il üzrə neftin orta qiymətinin 43 dollar/barel olacağı gözlənilir.