Dünya bazarında neft cüzi ucuzlaşıb

Dünya bazarında neft cüzi ucuzlaşıb OPEC+ alyansında hasilatın azaldılması müqaviləsi ilə bağlı danışıqların üçüncü mərhələsi öncəsi dünya bazarlarında neft cüzi ucuzlaşıb.
Energetika
138
5 İyul , 2021 10:32
Dünya bazarında neft cüzi ucuzlaşıb

OPEC+ alyansında hasilatın azaldılması müqaviləsi ilə bağlı danışıqların üçüncü mərhələsi öncəsi dünya bazarlarında neft cüzi ucuzlaşıb.

Report” “Prime” agentliyinə istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 8.39-a olan məlumata görə, Şimal dənizində hasil olunan “Brent” neftinin sentyabr fyuçersləri 0,13% ucuzlaşaraq, 1 bareli 76,07 ABŞ dollarına satılıb. WTI neftinin avqust fyuçerslərinin qiyməti 0,12% azalaraq, 1 bareli 75,07 ABŞ dolları təşkil edib.

“OPEC+” alyansı müqavilənin gələcək taleyi ilə bağlı razılıq əldə etmək üçün üçüncü dəfə cəhd edəcək. İyulun 1-2-də keçirilmiş əvvəlki iki görüş nəticəsiz qalıb.

Mətbuata inansaq, OPEC+ nazirlərinin monitorinq komitəsi ayqustdan dekabradək aylıq hasilatı 400 min barel artırmağı və aprelin sonunadək nəzərdə tutulan müqavilənin müddətini 2022-ci ilin sonunadək uzatmağı tövsiyə edib.

Son xəbərlər

Orphus sistemi