​Dünya bazarında neft cüzi bahalaşıb

​Dünya bazarında neft cüzi bahalaşıb "Brent" markalı neft 44,14 dollar/barelə bərabər olub
Energetika
107
19 Noyabr , 2015 09:11
​Dünya bazarında neft cüzi bahalaşıb

Bakı. 19 noyabr. REPORT.AZ/Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 0,08 dollar yaxud 0,20% bahalaşaraq 40,75 dollar/barel təşkil edib.

"Report"un məlumatına görə, "Brent" markalı neft isə 0,57 dollar və ya 1,30% bahalaşaraq 44,14 dollar/barelə bərabər olub.

Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı səviyyədə qalarsa, 2015-ci il üzrə neftin orta qiymətinin 46 dollar/barel olacağı gözlənilir.