Dünya bazarında neft cüzi bahalaşıb

Dünya bazarında neft cüzi bahalaşıb "Brent" markalı neftin qiyməti 48,81 dollar/barel olub
Energetika
19 Avqust , 2015 09:06
Dünya bazarında neft cüzi bahalaşıb

Bakı. 19 avqust. REPORT.AZ/ Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 0,75 dollar və ya 1,79% bahalaşaraq 42,62 dollar təşkil edib.

"Report"un məlumatına görə, birjalarda "Brent" markalı neftin qiymətində də müsbət dəyişiklik müşahidə olunub. Belə ki, bu markalı neftin qiyməti 0,14% yaxud 0,07 dollar artaraq 48,81 dollar/barel olub.

Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı vəziyyətdə qalarsa, 2015-ci il üzrə neftin orta qiymətinin 49 dollar/barel olacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi