Dünya bazarında neft bir gündən sonra ucuzlaşıb

Dünya bazarında neft bir gündən sonra ucuzlaşıb Neftin qiyməti dünən xeyli qalxdıqdan sonra bu gün bir qədər azalıb.
Energetika
17 Dekabr , 2021 11:44
Dünya bazarında neft bir gündən sonra ucuzlaşıb

Neftin qiyməti dünən xeyli qalxdıqdan sonra bu gün bir qədər azalıb.

“Report” xəbər verir ki, Londonun “İCE Futures” birjasında “Brent” markalı neftin fevral fyüçersləri dünən 1,5 faiz bahalaşdıqdan sonra bu gün 0,96 faiz ucuzlaşaraq 74,3 ABŞ dollarından, Nyu-York Əmtəə Birjasında (NYMEX) “” markalı neftin yanvar fyüçersləri isə dünən 2,13 faiz bahalaşdıqdan sonra bu gün səhər 1,08 faiz ucuzlaşaraq 71,6 dollardan satılıb.

Qeyd edək ki, ABŞ-da neft ehtiyatlarının güman ediləndən daha çox azalmasına dair xəbərlər, habelə dünyada koronavirusa yoluxmaların artımı üzündən neftə tələbat proqnozlarının azalması bazara təsir edib.

İngilis versiyası Oil falling in price

Son xəbərlər

Orphus sistemi