​Dünya bazarında neft bahalaşıb

​Dünya bazarında neft bahalaşıb Xam neftin qiyməti ilin sonunadək hazırki vəziyyətdə qalarsa, 2015-ci il üzrə neftin orta qiymətinin 68 dollar/barel olacağı gözlənilir
Energetika
23 İyun , 2015 08:31
​Dünya bazarında neft bahalaşıb

Bakı. 23 iyun. REPORT.AZ/ Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 0,77 dollar və ya 1,29% bahalaşaraq 59,61 dollar təşkil edib.

"Report"un məlumatına görə, birjalarda "Brent" markalı neftin qiymətində də müsbət dəyişiklik müşahidə olunub. Belə ki, bu markalı neftin qiyməti 0,51%, yaxud 0,32 dollar irəliləyərək 63,34 dollar/barel olub.

Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırki vəziyyətdə qalarsa, 2015-ci il üzrə neftin orta qiymətinin 68 dollar/barel olacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi