Dünya bazarında neft bahalaşıb

Dünya bazarında neft bahalaşıb WTI 1,9%, "Brent" 1,3% bahalaşıb
Energetika
24 Mart , 2015 10:49
Dünya bazarında neft bahalaşıb

Bakı. 24 mart. REPORT.AZ/ Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 1,9% yaxud 0,87 dollar bahalaşaraq 47,45 dollar təşkil edib.

"Report"un verdiyi xəbərə görə, birjalarda "Brent" markalı xam neftin qiymətində də bahalaşma müşahidə olunub. Belə ki, "Brent"in bir barelinin qiyməti 1,3% və ya 0,71 dollar bahalaşaraq 55,92 dollar olub.

Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı vəziyyətdə qalarsa, 2015-ci il üzrə neftin orta qiymətinin 54 dollar/barel olacağı təxmin edilir.

Son xəbərlər

Orphus sistemi