Bakı. 23 mart. REPORT.AZ/ Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 1,9% yaxud 0,86 dollar bahalaşaraq 46,58 dollar təşkil edib.
"Report"un verdiyi xəbərə görə, birjalarda "Brent" markalı xam neftin qiymətində isə ucuzlaşma müşahidə olunub. Belə ki, "Brent"in bir barelinin qiyməti 0,2% və ya 0,11 dollar düşərək 55,21 dollar olub.
Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı vəziyyətdə qalarsa, 2015-ci il üzrə neftin orta qiymətinin 52 dollar/barel olacağı təxmin edilir.