Bakı. 11 sentyabr. REPORT.AZ/ Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 1,77 dollar və ya 4,01% artaraq 45,92 dollar təşkil edib.
"Report"un məlumatına görə, "Brent" markalı neftin qiyməti də 2,75% yaxud 1,31dollar yüksələrək 48,89 dollar/barel olub.
Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı vəziyyətdə qalarsa, 2015-ci il üzrə neftin orta qiymətinin 52 dollar/barel olacağı gözlənilir.