Bakı. 6 aprel. REPORT.AZ/ Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin qiyməti 0,19 dollar yaxud 0,53% bahalaşaraq 35,89 dollar/barel təşkil edib.
"Report"un məlumatına görə, "Brent" markalı neft isə 0,18 dollar və ya 0,48% bahalaşaraq 37,87 dollar/barelə bərabər olub.
Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı səviyyədə qalarsa, 2016-cı ildə neftin orta qiymətinin 41 dollar/barel olacağı gözlənilir.