Yuxarı

Dünya bazarında neft 6% ucuzlaşıb

Brent markalı neftin qiyməti 34,24 dollar/barelə düşüb

Bakı. 2 fevral. REPORT.AZ/ Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 2,00 dollar yaxud 5,95% ucuzlaşaraq 31,62 dollar/barel təşkil edib.

"Report"un məlumatına görə, "Brent" markalı neft isə 1,75 dollar və ya 4,86% ucuzlaşaraq 34,24 dollar/barelə bərabər olub.

Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı səviyyədə qalarsa, 2016-cı il üzrə neftin orta qiymətinin 36 dollar/barel olacağı gözlənilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi