​Dünya bazarında neft 5%-ə qədər bahalaşıb

​Dünya bazarında neft 5%-ə qədər bahalaşıb Xam neftin qiyməti ilin sonunadək hazırkı vəziyyətdə qalarsa, 2015-ci il üzrə neftin orta qiymətinin 59 dollar/barel olacağı gözlənilir
Energetika
27 Mart , 2015 09:16
​Dünya bazarında neft 5%-ə qədər bahalaşıb

Bakı. 27 mart. REPORT.AZ/ Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 4,32%, yaxud 2,22 dollar bahalaşaraq 51,43 dollar təşkil edib.

"Report"un verdiyi xəbərə görə, birjalarda "Brent" markalı xam neftin qiymətində də bahalaşma müşahidə olunub. Belə ki, "Brent"in bir barelinin qiyməti 4,58% və ya 2,71 dollar bahalaşaraq 59,19 dollar olub.

Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı vəziyyətdə qalarsa, 2015-ci il üzrə neftin orta qiymətinin 59 dollar/barel olacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi