Bakı. 11 may. REPORT.AZ/ Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin qiyməti 1,22 dollar yaxud 2,81% bahalaşaraq 44,66 dollar/barel təşkil edib.
"Report"un məlumatına görə, "Brent" markalı neft isə 1,89 dollar və ya 4,33% bahalaşaraq 45,52 dollar/barelə bərabər olub.
Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı səviyyədə qalarsa, 2016-cı ildə neftin orta qiymətinin 52 dollar/barel olacağı gözlənilir.