Yuxarı
    Bağlamaq

    Dünya bazarında neft 2-4% ucuzlaşıb

    WTI markalı neftin qiyməti 44,5 dollar, Brentin qiyməti isə 48,5 dollara düşüb

    Bakı. 29 yanvar. REPORT.AZ/ Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 4,00% yaxud 1,78 dollar ucuzlaşaraq 44,45 ABŞ dolları təşkil edib.

    "Report"un xəbərinə görə, birjalarda "Brent" markalı xam neftin qiymətində də ucuzlaşma müşahidə olunub. Belə ki, "Brent"in bir barelinin qiyməti 2,33% yaxud 1,13 dollar azalaraq 48,47 dollara düşüb.

    Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı vəziyyətdə qalarsa, 2015-ci il üzrə neftin orta qiymətinin 51 dollar/barel olacağı proqnozlaşdırılır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi