Brent markalı neftin qiyməti 62 dollara çatıb

Brent markalı neftin qiyməti 62 dollara çatıb Dünya neft bazarında 2015-ci ilin ən yüksək göstəriciləri qeydə alınıb
Energetika
17 Fevral , 2015 23:58
Brent markalı neftin qiyməti 62 dollara çatıb

Bakı. 17 fevral. REPORT.AZ/ Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti bahalaşaraq 53,14 dollar təşkil edib.

"Report"un Gazeta.Ru saytına istinadla verdiyi xəbərə görə, birjalarda "Brent" markalı xam neftin qiymətində də bahalaşma müşahidə olunub. Belə ki, "Brent"in bir barelinin qiyməti 62,57 dollar olub.

Beləliklə dünya neft bazarında 2015-ci ilin ən yüksək göstəriciləri qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi