​Dünya bazarında "Brent" markalı neft bahalaşıb

​Dünya bazarında "Brent" markalı neft bahalaşıb Xam neftin qiyməti ilin sonunadək hazırkı vəziyyətdə qalarsa, 2015-ci il üzrə neftin orta qiymətinin 58 dollar/barel olacağı gözlənilir
Energetika
20 İyul , 2015 09:06
​Dünya bazarında Brent markalı neft bahalaşıb

Bakı. 20 iyul. REPORT.AZ/ Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 0,02 dollar və ya 0,4% ucuzlaşaraq 50,89 dollar təşkil edib.

"Report"un məlumatına görə, birjalarda "Brent" markalı neftin qiymətində isə müsbət dəyişiklik müşahidə olunub. Belə ki, bu markalı neftin qiyməti 0,32%, yaxud 0,18 dollar irəliləyərək 57,10 dollar/barel olub.

Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı vəziyyətdə qalarsa, 2015-ci il üzrə neftin orta qiymətinin 58 dollar/barel olacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi