Bakı. 16 mart. REPORT.AZ/ Bu gün Azərbaycanın Supsa, Batumi və Ceyhan limanları vasitəsilə dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin bir barelinin qiymətində heç bir dəyişiklik qeydə alınmayıb. Bu barədə "Report"a Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən (SOCAR) məlumat verilib.
Məlumata görə, hazırda “Azeri LT CIF” markalı neftin bir barelinin qiyməti 56,86 dollara bərabərdir.
Xatırladaq ki, ötən həftənin şənbə günü də bu rəqəm 56,86 dollar/barel dəyərində olub.