Yuxarı

​Dünya bazarında Azərbaycan nefti ucuzlaşmaqda davam edir

Hazırda Azeri LT CIF markalı neftin bir barelinin qiyməti 48,09 dollara bərabərdir

Bakı. 21 avqust. REPORT.AZ/ Bu gün Azərbaycanın Supsa, Batumi və Ceyhan limanları vasitəsilə dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti 0,38 dollar yaxud 0,78% ucuzlaşıb.

"Report" xəbər verir ki, hazırda "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 48,09 dollara bərabərdir.

Azərbaycan neftinin qiyməti ötən həftənin sonunda 50,31, dünən isə 48,47 dollar/barel olub.

Xatırladaq ki, "Azeri LT CIF" kotirovkasının minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi