Dünya bazarında Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarında Azərbaycan nefti ucuzlaşıb Azərbaycanın “Azeri LT CIF” markalı xam neftin bir barelinin qiyməti 56,86 dollara düşüb
Energetika
14 Mart , 2015 11:53
Dünya bazarında Azərbaycan nefti ucuzlaşıb

Bakı. 14 mart. REPORT.AZ/ Bu gün Azərbaycanın Supsa, Batumi və Ceyhan limanları vasitəsilə dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin bir barelinin qiyməti 2,01, yaxud 3,41% ucuzlaşıb. Bu barədə "Report"a Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən (SOCAR) məlumat verilib.

Məlumata görə, hazırda “Azeri LT CIF” markalı neftin bir barelinin qiyməti 56,86 dollara bərabərdir.

Xatırladaq ki, ötən həftənin sonunda bu rəqəm 62,54 dollar/barel, dünən isə 58,87 dollar/barel olub.

Son xəbərlər

Orphus sistemi