Dünya bazarında Azərbaycan nefti cüzi ucuzlaşıb

Dünya bazarında Azərbaycan nefti cüzi ucuzlaşıb "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 45,84 dollara bərabər olub
Energetika
28 Noyabr , 2015 12:51
Dünya bazarında Azərbaycan nefti cüzi ucuzlaşıb

Bakı. 28 noyabr. REPORT.AZ/ Azərbaycanın Supsa, Batumi və Ceyhan limanları vasitəsilə dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti 0,05 dollar, yaxud 0,11% ucuzlaşıb.

"Report" xəbər verir ki, hazırda "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 45,84 dollara bərabərdir.

Xatırladaq ki, "Azeri LT CIF" kotirovkasının minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi