​Dünya bazarında Azərbaycan nefti bahalaşıb

​Dünya bazarında Azərbaycan nefti bahalaşıb "Azeri LT CIF" markalı neftin qiyməti 59 dollara çatıb
Energetika
12 Mart , 2015 10:59
​Dünya bazarında Azərbaycan nefti bahalaşıb

Bakı. 12 mart. REPORT.AZ/ Bu gün Azərbaycanın Supsa, Batumi və Ceyhan limanları vasitəsilə dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin bir barelinin qiyməti 0,73 dollar yaxud 1,25% bahalaşıb. Bu barədə "Report"a Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən (SOCAR) məlumat verilib.

Məlumata görə, hazırda “Azeri LT CIF” markalı neftin bir barelinin qiyməti 58,95 dollara bərabərdir.

Xatırladaq ki, ötən həftənin sonunda bu rəqəm 62,54 dollar/barel, dünən isə 58,22 dollar/barel olub.

Son xəbərlər

Orphus sistemi