​Dünya bazarında Azərbaycan nefti 2 dollar ucuzlaşıb

​Dünya bazarında Azərbaycan nefti 2 dollar ucuzlaşıb Hazırda "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 46,23 dollara düşüb
Energetika
2003
22 Avqust , 2015 12:29
​Dünya bazarında Azərbaycan nefti 2 dollar ucuzlaşıb

Bakı. 22 avqust. REPORT.AZ/ Bu gün Azərbaycanın Supsa, Batumi və Ceyhan limanları vasitəsilə dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti 1,86 dollar, yaxud 3,87% ucuzlaşıb.

"Report" xəbər verir ki, hazırda "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 46,23 dollara bərabərdir.

Azərbaycan neftinin qiyməti ötən həftənin sonunda 50,31, dünən isə 48,09 dollar/barel olub.

Xatırladaq ki, "Azeri LT CIF" kotirovkasının minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb. 

Son xəbərlər

Orphus sistemi