Dünya bazarında ABŞ nefti yenidən bahalaşıb

Dünya bazarında ABŞ nefti yenidən bahalaşıb "Brent"in qiymətində isə mənfi dəyişiklik müşahidə edilib
Energetika
12 May , 2015 08:39
Dünya bazarında ABŞ nefti yenidən bahalaşıb

Bakı. 12 may. REPORT.AZ/ Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 0,53% yaxud 0,31 dollar bahalaşaraq 59,25 dollar təşkil edib.

"Report"un verdiyi xəbərə görə, birjalarda "Brent"in qiymətində isə mənfi dəyişiklik müşahidə olunub.

Belə ki, bu markalı neftin qiyməti 0,96% yaxud 0,63 dollar azalaraq 65,54 dollar/barel olub.

Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırki vəziyyətdə qalarsa, 2015-ci il üzrə neftin orta qiymətinin 68 dollar/barel olacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi