Bakı. 21 aprel. REPORT.AZ/ Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin qiyməti 3,10 dollar yaxud 7,55% bahalaşaraq 44,18 dollar/barel təşkil edib.
"Report"un məlumatına görə, "Brent" markalı neft isə 1,77 dollar və ya 4,02% bahalaşaraq 45,80 dollar/barelə bərabər olub.
Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı səviyyədə qalarsa, 2016-cı ildə neftin orta qiymətinin 49 dollar/barel olacağı gözlənilir.