Yuxarı
    Bağlamaq

    ​Dünya bazarında ABŞ nefti 2 dollara qədər ucuzlaşıb

    Xam neftin qiyməti ilin sonunadək hazırkı vəziyyətdə qalarsa, 2015-ci il üzrə neftin orta qiymətinin 56 dollar/barel olacağı gözlənilir

    Bakı. 23 iyul. REPORT.AZ/ Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 1,67 dollar və ya 3,28% ucuzlaşaraq 49,19 dollar təşkil edib.

    "Report"un məlumatına görə, birjalarda "Brent" markalı neftin qiymətində də mənfi dəyişiklik müşahidə olunub. Belə ki, bu markalı neftin qiyməti 1,60%, yaxud 0,91 dollar geriləyərək 56,13 dollar/barel olub.

    Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı vəziyyətdə qalarsa, 2015-ci il üzrə neftin orta qiymətinin 56 dollar/barel olacağı gözlənilir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi