Yuxarı

​Dünya bazarında neft bahalaşıb

Brent markalı neft 48,08 dollar/barelə bərabər olub

Bakı. 23 oktyabr.REPORT.AZ/ Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 0,18 dollar, yaxud 0,39% bahalaşaraq 45,38 dollar/barel təşkil edib.

"Report"un məlumatına görə, "Brent" markalı neft isə 0,23 dollar və ya 0,48% bahalaşaraq 48,08 dollar/barelə bərabər olub.

Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı səviyyədə qalarsa, 2015-ci il üzrə neftin orta qiymətinin 51 dollar/barel olacağı gözlənilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi