Yuxarı

Neft yenidən ucuzlaşıb

Brent markalı neftin qiyməti 49,59 dollar/barelə düşüb

Bakı. 27 may. REPORT.AZ/ Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin qiyməti 0,11 dollar, yaxud 0,22% ucuzlaşaraq 49,48 dollar/barel təşkil edib.

"Report"un məlumatına görə, "Brent" markalı neft isə 0,19 dollar və ya 0,38% geriləyərək 49,59 dollar/barelə bərabər olub.

Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı səviyyədə qalarsa, 2016-cı ildə neftin orta qiymətinin 56 dollar/barel olacağı gözlənilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi