Yuxarı

Dünya bazarında neft bahalaşıb

Brent markalı neftin qiyməti 47,44 dollar/barelə bərabər olub

Bakı. 11 noyabr. REPORT.AZ/ Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 0,34 dollar yaxud 0,78% bahalaşaraq 44,21 dollar/barel təşkil edib.

"Report"un məlumatına görə, "Brent" markalı neft isə 0,25 dollar və ya 0,53% bahalaşaraq 47,44 dollar/barelə bərabər olub.

Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı səviyyədə qalarsa, 2015-ci il üzrə neftin orta qiymətinin 50 dollar/barel olacağı gözlənilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi