Yuxarı
    Bağlamaq

    Dünya Bankı TANAP-a 400 mln. dollar kredit ayıracaq - EKSKLÜZİV

    Borcu Azərbaycan hökumətinin zəmanəti ilə Cənub Qaz Dəhlizi QSC alacaq

    Bakı. 9 dekabr. REPORT.AZ/ Dekabrın 20-də Dünya Bankının (WB) Direktorlar Şurası Trans-Anadolu Boru Kəməri (TANAP) layihəsinin icrasına kreditin ayırılması məsələsinə baxmaq üçün toplanacaq. 

    “Report”un əldə etdiyi məlumata görə, ayrılacaq vəsaitin 400 mln. ABŞ dolları həcmində olacağı gözlənilir.

    Məlumatda deyilir ki, borcu Azərbaycan hökumətinin zəmanəti ilə "Cənub Qaz Dəhlizi" QSC alacaq.

    Xatırladaq ki, Cənub Qaz Kəməri layihəsinin bir hissəsi olan TANAP-da SOCAR 58%, BP 12%, BOTAŞ isə 30% paya malikdir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi