​Dünya Bankı neftin qiyməti ilə bağlı proqnozunu artırıb

​Dünya Bankı neftin qiyməti ilə bağlı proqnozunu artırıb Hasilat artarsa, neft yenidən ucuzlaşa bilər
Energetika
27 Aprel , 2016 08:54
​Dünya Bankı neftin qiyməti ilə bağlı proqnozunu artırıb

Bakı. 27 aprel. REPORT.AZ/ Dünya Bankı (DB) neftin qiymətinin 2016-cı il üzrə proqnozunu 37 dollar/bareldən 41 dollar/barelə yüksəldib. "Report"un DB-nin hesabatına istinadən verdiyi xəbərə görə, proqnozun artırılmasına səbəb dolların dünya valyuta bazarında zəifləməsi və qlobal iqtisadi situasiyanın yaxşılaşmasıdır. DB həmçinin hesab edir ki, neft bazarında izafi təklif getdikcə azalacaq.

DB-nin baş iqtisadçısı Con Baffesin sözlərinə görə, neft bazarında izafi təklifin olduğu dövr artıq arxada qalıb və bazarda tarazlıq tədricən bərpa olunur: "Buna görə də DB il ərzində neft qiymətlərinin daha yüksək həddə olacağını proqnozlaşdırır".

C.Baffes həmçinin qeyd edib ki, neft qiymətləri hasilatın artırılması şəraitində yenidən düşə bilər.

Son xəbərlər

Orphus sistemi