Dünya Bankı neft proqnozlarını azaldıb

Dünya Bankı neft proqnozlarını azaldıb 2018-ci il üçün neftin orta qiymət proqnozu 4 dollar/barel endirilib
Energetika
27 Oktyabr , 2017 17:25
Dünya Bankı neft proqnozlarını azaldıb

Bakı. 27 oktyabr. REPORT.AZ/ Dünya Bankı 2017-ci və 2018-ci illər üçün neft proqnozlarını aşağı salıb. 

"Report" "Vedomosti" saytına istinadən xəbər verir ki, bu barədə Bankın hesabatında məlumat verilib.

Hesabatda bildirilir ki, 2017-ci il üçün neftin orta qiyməti üzrə proqnoz 2 dollar/barel azaldılaraq 53 dollar/barel müəyyənləşdirilib, bu isə 2016-cı ilin analoji göstəricisindən 23,8% çoxdur: "Qlobal neft ehtiyatları, tələbin artması, OPEC məhdudiyyətləri və ABŞ-da şist neft hasilatının sabitləşməsi fonunda azalmağa davam edəcək".

Dünya Bankı 2018-ci il üçün isə neftin orta qiymətini 4 dollar/barel azaldaraq 56 dollar/barelə endirib.

"2018-ci ildə neftə tələbat artacaq, metalların qiymət artımı səngiyəcək. Liviya, Nigeriya və Venesueladan neft təklifi qeyri-stabil ola bilər. OPEC və digər neft ölkələri hasilatı məhdudlaşdıraraq neft qiymətlərinin artmasına səbəb ola bilərlər", - deyə hesabatda qeyd olunub.

Son xəbərlər

Orphus sistemi