Dünya Bankı: Azərbaycan əhalisinin elektrik enerjisi ilə təminatı 100%-dir

Dünya Bankı: Azərbaycan əhalisinin elektrik enerjisi ilə təminatı 100%-dir Hesabat 2014-cü il və sonrakı illəri əhatə edir
Energetika
6 Aprel , 2017 13:08
Dünya Bankı: Azərbaycan əhalisinin elektrik enerjisi ilə təminatı 100%-dir

Bakı. 6 aprel. REPORT.AZ/ Azərbaycan əhalisi 100% elektrik enerjisi ilə təmin edilir. “Report” xəbər verir ki, bu barədə Dünya Bankı Qrupunun (WB) hazırladığı "Global Tracking Framework 2017" hesabatında deyilir.

Hesabata əsasən, bu baxımdan ən acınacaqlı durum Papua və Yeni Qvineya (20%), Şimali Koreya (32%), Vanuatu (34%) və Solomon adalarında (35%) müşahidə olunur.

WB Azərbaycan əhalisinin 97%-nin təmiz yanacaq və müasir bişirmə texnologiyasına çatımlılığı olduğunu açıqlayıb. Bu rəqəm Gürcüstanda 55%-ə bərabərdir.

Dünya Bankı 2014-cü ildən bəri Azərbaycanın ümumi enerji istehlakında alternativ enerjinin cəmi 2%-ə bərabər olduğunu da açıqlayıb.

Qeyd edək ki, hesabat 2014-cü il və sonrakı illəri əhatə edir.

Son xəbərlər

Orphus sistemi