Dünya Bankı 2018-ci ildə neft qiymətlərinin artacağını proqnozlaşdırır

Dünya Bankı 2018-ci ildə neft qiymətlərinin artacağını proqnozlaşdırır Proqnoza görə, gələn il neftin qiyməti bir barelə görə 56 dollar təşkil edəcək
Energetika
26 Oktyabr , 2017 21:47
Dünya Bankı 2018-ci ildə neft qiymətlərinin artacağını proqnozlaşdırır

Bakı. 26 oktyabr. REPORT.AZ/ 2018-ci ildə neftin qiyməti bir barelə görə 56 dollara qədər artacaq.

“Report” xəbər verir ki, bu barədə Dünya Bankının açıqladığı hesabatda deyilir.

"Proqnoza əsasən, 2018-ci ildə neftin bir barelinin qiyməti cari ilin 53 dollarına nisbətdə 56 dollara qədər artacaq. Bu, tələbatın artması, neft ixracatçıları arasında hasilat həcminin azaldılmasına dair sazişin fəaliyyəti və ABŞ-da şist nefti hasilatının stabilləşməsi ilə əsaslandırılır", — deyə məlumatda bildirilir.

Son xəbərlər

Orphus sistemi