​Dövlət Neft Fondunun Kosta-Rikaya investisiya imkanları müzakirə olunub

​Dövlət Neft Fondunun Kosta-Rikaya investisiya imkanları müzakirə olunub Fondun icraçı direktorunun müavini Kosta-Rikanın xarici işlər və etiqad naziri ilə görüşüb
Energetika
19 Oktyabr , 2015 17:18
​Dövlət Neft Fondunun Kosta-Rikaya investisiya imkanları müzakirə olunub

Bakı. 19 oktyabr. REPORT.AZ/ Bu gün Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) icraçı direktorunun müavini İsrafil Məmmədov ilə Kosta-Rikanın xarici işlər və etiqad naziri Manuel Qonzales Sanz arasında görüş keçirilib.

Fonddan "Report"a verilən məlumata görə, görüşdə İ.Məmmədov Dövlət Neft Fondunun fəaliyyəti, Fondun vəsaitlərinin idarə edilməsi, investisiya fəaliyyəti, Neft Fondu tərəfindən maliyyələşdirilən layihələr barədə məlumat verib.

Görüşdə Azərbaycan və Kosta-Rika arasındakı iqtisadi əməkdaşlığın mövcud vəziyyəti, inkişaf perspektivləri, ARDNF-nin bu ölkəyə investisiya imkanları və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi