Azərbaycanın MHŞT-də yenidən tamhüquqlu üzv statusu əldə etməsi müzakirə olunub

Azərbaycanın MHŞT-də yenidən tamhüquqlu üzv statusu əldə etməsi müzakirə olunub Dövlət Neft Fondunda MHŞT üzrə Çoxtərəfli Qrupun iclası keçirilib
Energetika
8 Oktyabr , 2015 18:30
Azərbaycanın MHŞT-də yenidən tamhüquqlu üzv statusu əldə etməsi müzakirə olunub

Bakı. 8 oktyabr. REPORT.AZ/ Azərbaycan Respublikası Dövlət Neft Fondunda (ARDNF) Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünün (MHŞT) Azərbaycanda tətbiqinə dair Çoxtərəfli Qrupun (ÇQ) iclası keçirilib. Bu barədə "Report" ARDNF-nin mətbuat xidmətindən məlumat verilib.

Beynəlxalq İdarə Heyətinin sədri Kler Şotun iştirakı ilə keçirilən ÇQ-nin iclasında Azərbaycanın MHŞT-də yenidən tamhüquqlu üzv statusunu əldə etməsi, 2013-cü il üzrə MHŞT Hesabatına dair Beynəlxalq Katibliyin və Mədən Sənayesində Şəffaflığın Artırılması (MSŞA) üzrə QHT Koalisiyasının rəyləri, 2015-ci ilin İş Planında qeyd olunmuş məqsədlərin Azərbaycanın hasilat sənayesinin milli prioritetlərinə uyğunlaşdırılması və digər məsələlər müzakirə olunub.

MHŞT xüsusi çoxtərəfli və şirkətlər, hökumətlər, sərmayəçilər və vətəndaş cəmiyyəti təşkilatları tərəfindən dəstəklənən könüllü təşəbbüsdür. MHŞT neft, qaz və mədən hasilatı sahəsində şəffaflığın təmin edilməsində qlobal standartdır. Azərbaycan MHŞT prosesinə 2003-cü ildə qoşulmuşdur. Azərbaycan MHŞT-nin qiymətləndirilməsi prosesindən keçən və MHŞT-nin tamhüquqlu üzvü statusunu alan ilk MHŞT ölkəsidir. MHŞT prinsip və meyarlarına tam cavab verən ölkə olması və MHŞT-nin tətbiqi sahəsində əldə etdiyi nailiyyətlərə görə Azərbaycana "2009-cu il MHŞT mükafatı" təqdim edilib.  

Son xəbərlər

Orphus sistemi