Dövlət Enerji Nəzarəti İdarəsi ötən il 120 min manatlıq cərimə tərtib edib

Dövlət Enerji Nəzarəti İdarəsi ötən il 120 min manatlıq cərimə tərtib edib Bakı. 30 yanvar. REPORT.AZ/ Dövlət Enerji Nəzarəti İdarəsi tərəfindən 2017-ci il ərzində dövlət elektroenergetika və enerji təchizatı müəssisələrində, elektrik enerjisi istehlakçılarında 634 texniki, 84 təkrar, 8 kompleks araşdırma və digər araşdırmalar aparılıb.
Energetika
30 Yanvar , 2018 14:36
Dövlət Enerji Nəzarəti İdarəsi ötən il 120 min manatlıq cərimə tərtib edib

Bakı. 30 yanvar. REPORT.AZ/ Dövlət Enerji Nəzarəti İdarəsi tərəfindən 2017-ci il ərzində dövlət elektroenergetika və enerji təchizatı müəssisələrində, elektrik enerjisi istehlakçılarında 634 texniki, 84 təkrar, 8 kompleks araşdırma və digər araşdırmalar aparılıb.

“Report” bu barədə hökumətdəki mənbələrə istinadən xəbər verir.

Məlumata görə, 2017-ci il üçün Energetika Nazirliyinin təsdiq etdiyi iş planına əsasən, “Azərenerji” və “Azərişıq” ASC-nin nümayəndələrinin iştirakı ilə Mingəçevir SESS, Şəmkir SESS, 110/35/10 kV-luq “Yevlax”, “Günəşli”, “Tüklə”, “Binə”, “Gəncə III”, “Xudat”, “Şahdağ”, “ETK-4”, “Tovuz”, “8–ci km”, “Xudat”, “Yasamal-1” yarımstansiyalarında elektrik qurğularında avadanlığın texniki istismar, təhlükəsizlik texnikası və yanğın təhlükəsizliyi qaydalarına əməl olunmasının vəziyyəti üzrə araşdırmalar aparılıb və müvafiq aktlar tərtib edilib. Aparılmış araşdırmalar zamanı aşkar edilmiş nöqsanların aradan qaldırılması üçün müvafiq tədbirlər həyata keçirilib:

“İl ərzində Dövlət Enerji Nəzarəti İdarəsinin regional bölmələrinin əməkdaşları tərəfindən 1 320 inzibatı protokol tərtib edilərək, 119 190 manat məbləğində cərimə tətbiq edilib ki, bu məbləğdən 110 830 manat məbləğin ödənilməsi təmin edilib. Əvvəlki illərlə müqayisədə 2017-ci il ərzində istər tərtib edilmiş inzibati protokolların sayında, istərsə də tətbiq edilmiş inzibati cərimənin miqdarında azalma olub. Buna səbəb sahibkarlıq sahəsində yoxlamaların müvafiq qanuna əsasən 01.11.2015-ci il tarixində dayandırılmasıdır. Eyni zamanda elektrik şəbəkələrinin mühafizəsi qaydalarının pozulması və digər hüquqpozmalarla əlaqədar aşkar edilmiş inzibati xətaların aradan qaldırılması üçün aidiyyəti orqanlara müvafiq təqdimatlar göndərilib”.

Bundan əlavə, Dövlət Enerji Nəzarəti İdarəsi tərəfindən aparılmış araşdırmalar nəticəsində 2017-ci il ərzində “Azərişıq” ASC-nin regional bölmələri üzrə ümumilikdə 108 obyektin gücü 2 662,0 kVt və 35 872 kVA olmaqla “Elektrik enerjisindən istifadə Qaydaları”nın tələblərini pozaraq, texniki sənədləşdirmə aparılmadan elektrik şəbəkələrinə qoşulduğu aşkar edilib:

“2017-ci il ərzində pozuntu halı aşkar edilmiş 108 obyektdən 27 obyektin fəaliyyəti dayandırılıb, 74 obyekt sonradan sənədləşdirilib, 5 istehlakçının elektrik qurğu və avadanlıqlarının istismarına qadağalar qoyulub. Obyektlərin qaydalara əməl edilmədən qoşulmasına görə onların məsul şəxslərinə və enerjitəchizat müəssisələrinin vəzifəli şəxslərinə qarşı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə uyğun inzibati cərimələr tətbiq edilib”.

Son xəbərlər

Orphus sistemi