Yuxarı

Dövlət Departamenti: ABŞ neftin ucuzlaşmasında maraqlı deyil

Dövlət Departamenti: ABŞ neftin ucuzlaşmasında maraqlı deyil
Amos Hokstayn: ABŞ-ı günəşin batmasında da, yağışın yağmasında da günahlandırırlar

Bakı. 16 dekabr. REPORT.AZ/ "ABŞ neft qiymətlərinin aşağı düşməsində maraqlı deyil". "Report" xəbər verir ki, bunu Bakıda keçirdiyi brifinqdə ABŞ-ın neftin qiymətinin dünya bazarlarında bahalaşmasına mane olan əsas qüvvə olması ilə bağlı yayılan fikirlərə münasibət bildirən ABŞ Dövlət Departamentinin beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi və əlaqələndiricisi Amos Hokstayn deyib.

A.Hokstaynın sözlərinə görə, o, bu tipli ittihamlarla tez-tez qarşılaşır: "Bilirsiniz ki, mən öz işimlə əlaqədar olaraq tez-tez müxtəlif ölkələrdə oluram. ABŞ-ı günəşin batmasında, yağışın yağmasında da günahlandırırlar. Bu gün hansısa ölkənin enerji sektorunda işləyən 1-2 şirkəti varsa, ABŞ-da bu rəqəm 4 mindən çoxdur. Əgər mən, yaxud ABŞ prezidenti onlardan hasilatı artırıb-azaltmaq barədə xahiş etsək, onlar sadəcə bizim dediyimizə əməl etməyəcək".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi