Dövlət başçısı: "SOCAR-ın Bolqarıstanda qazlaşdırma ilə bağlı məsələləri araşdırması üçün göstəriş vermişik"

Dövlət başçısı: "SOCAR-ın Bolqarıstanda qazlaşdırma ilə bağlı məsələləri araşdırması üçün göstəriş vermişik" "Albaniyanın qazlaşdırılması ilə bağlı müvafiq memorandum imzalanıb"
Energetika
15 Yanvar , 2018 20:51
Dövlət başçısı: SOCAR-ın Bolqarıstanda qazlaşdırma ilə bağlı məsələləri araşdırması üçün göstəriş vermişik

Bakı. 15 yanvar. REPORT.AZ/ "Hesab edirəm ki, Bolqarıstanda da qazlaşdırma ilə bağlı SOCAR-ın investor kimi fəaliyyəti həm SOCAR üçün, həm Bolqarıstan istehlakçıları üçün önəmli hadisə ola bilər". 

"Report" xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 15-də Bolqarıstan Respublikasının baş naziri Boyko Borisovla mətbuata bəyanatlarla çıxışı zamanı bildirib.

Bir neçə ildən sonra 1 milyard kubmetr Azərbaycan qazının Bolqarıstan ərazisinə nəql ediləcəyini nəzərə alaraq, biz bu gün cənab baş nazirlə müvafiq qurumların rəhbərlərinə göstəriş vermişik ki, tezliklə Azərbaycan şirkəti SOCAR-ın Bolqarıstanda qazlaşdırma ilə bağlı məsələləri araşdırsınlar və imkanları haqqında məlumatlar versinlər", - dövlət başçısı deyib. 

Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan ölkə daxilində qazlaşdırmanı uğurla icra edir: "Hazırda ölkəmizin 93 faizi qazlaşdırılıb və cari ilin sonuna qədər bu rəqəm 95 faizə çatacaqdır. Bununla paralel olaraq, digər ölkələrdə də SOCAR qazlaşdırma ilə bağlı investor kimi fəaliyyət göstərir, o cümlədən Gürcüstanda və Albaniyada. Albaniyanın qazlaşdırılması ilə bağlı müvafiq memorandum imzalanmışdır. Hesab edirəm ki, Bolqarıstanda da qazlaşdırma ilə bağlı SOCAR-ın investor kimi fəaliyyəti həm SOCAR üçün, həm Bolqarıstan istehlakçıları üçün önəmli hadisə ola bilər. Müvafiq göstərişlər verilmişdir və əminəm ki, danışıqlar tezliklə başlanacaq".