Yuxarı

Dövlət başçısı: “AÇG-nin istismar müddətinin uzadılması ölkəmizə on milyardlarla dollar əlavə sərmayə gətirəcək"

Gəncədən keçəcək Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı tarixi hadisədir

Bakı. 10 noyabr. REPORT.AZ/ "Gəncədən keçəcək Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı tarixi hadisədir. Biz bu tarixi layihəni qonşu ölkələrlə birlikdə reallaşdırdıq".

"Report"un məlumatına görə, bunu Prezident İlham Əliyev noyabrın 10-da Gəncə şəhəri ictimaiyyətinin nümayəndələri ilə görüşündə deyib. 

"Energetika sahəsində. “Azəri-Çıraq-Günəşli” yatağının istismar müddətinin uzadılması ölkəmizə on milyardlarla dollar əlavə sərmayə gətirəcək. Bütün bunlar ölkəmizin xeyrinə işləyir. Həm iqtisadiyyatımız, həm də siyasi gücümüz artır. Bütün uğurlarımızın təməlində Azərbaycan xalqının zəhməti dayanır. Bu gün hər bir yerdə inkişaf göz qabağındadır. Həm Bakıda, həm Gəncədə, həm də bütün bölgələrdə, bütün şəhərlərdə vətəndaşlar çox böyük həvəslə quruculuq işlərində iştirak edirlər".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi